Bu sənədi itirənlər 200 manat   cərimə olunacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Bu sənədi itirənlər 200 manat cərimə olunacaqlar

Sosial

20 Avqust 2026 10:24 260


Hərbi biletin qəsdən korlanılmasına və ya itirilməsinə görə cərimə tətbiq edilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, hərbi vəzifəlilər və çağırışçılar hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsinə əsasən xəbərdarlıq edilir və ya 200 manat məbləğində cərimələnirlər. Dominos pizza

Məlumata görə, itirilmiş və ya korlanmış hərbi biletlərin əvəzinə yeni hərbi biletin verilməsi üçün ərizə, təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin surəti, qeydiyyat kartasının surəti, inzibati xəta haqqında protokol və cərimənin ödənilməsi barədə qəbz və ya xəbərdarlıq edilməsi haqqında qərar, həmçinin 3x4 ölçüdə 2 ədəd fotoşəkil təqdim edilməlidir.

İtirilmiş hərbi biletin əvəzinə yenisi verilərkən əlavə olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumlarından hərbi biletin tapılmamasına dair arayış da tələb olunur.

Təbii fəlakət, yanğın və digər bu kimi hallar nəticəsində hərbi bilet itirildikdə və ya korlandıqda isə hadisəni təsdiq edən müvafiq qurumun arayışı təqdim edilməlidir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!