Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur - FOTOLAR

Sosial

11 Noyabr 2026 16:48 67


Heydər Əliyev Fondu Antalyada davam edən COP31 çərçivəsində pavilyonla təmsil olunur.

"Yeni Sabah" xəbər verir ki, pavilyon Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə təşəbbüsü əsasında yaradılıb.

Belə birgə pavilyonun yaradılması ideyası ilk dəfə 2024-cü ildə Bakıda keçirilən COP29 zamanı yaranıb. Həmin konfrans çərçivəsində təşkil edilən pavilyon ən çox ziyarət edilən pavilyonlardan biri olub. İnternetdən sifariş

Pavilyonda Heydər Əliyev Fondunun sosial, mədəniyyət, təhsil, səhiyyə, yenidənqurma və bərpa, ətraf mühitin mühafizəsi və digər istiqamətlərdə həyata keçirdiyi layihələr foto və videomateriallar vasitəsilə təqdim olunur.

Burada hər iki fondun fəaliyyətinə dair müxtəlif materiallarla yanaşı, interaktiv layihələr də nümayiş etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!