Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan mənzili 7-ci dəfə açıq hərrac vasitəsilə satışa çıxarılıb.
"Yeni Sabah" yeniavaz.com-a istinadla xəbər verir ki, hərrac dekabrın 3-də Əmlak Xidmətləri Məkanında baş tutacaq.
Akademik Ziya Bünyadov prospekti, ev 7A, mənzil 3 ünvanında yerləşən, 61,1 kvadratmetr sahəsi olan mənzil isə satılmadığı üçün avqustun 18-də 6-cı dəfə hərraca çıxarılıb. 7-ci hərracda mənzilin qiymətində heç bir endirim olmayacaq və 175 min manata təqdim olunacaq. Sərfəli qiymətə məhsullar
Daha əvvəl Səlim Müslümova məxsus olan Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən, 370,4 kvadratmetr sahəsi olan mənzil 50 faiz endirimlə 5-ci dəfə satışa çıxarılaraq 463 min 125 manata satılıb.
Xatırladaq ki, Səlim Müslümovu 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.
Telegram kanalımız