“FINCA Azərbaycan”ın xalis mənfəəti 23%-ə yaxın artıb

saytların hazırlanması

Evə çatdırılma

“FINCA Azərbaycan”ın xalis mənfəəti 23%-ə yaxın artıb

İqtisadiyyat

11 Noyabr 2026 17:06 38


“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 2026-cı ilin ilk yarısını 998,5 min manat xalis mənfəətlə başa vuraraq ötən ilin eyni dövrü ilə müqayisədə 22,8% (185,3 min manat) artım nümayiş etdirib.

“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə faiz gəlirlərinin 2,4% azalaraq 10,1 milyon manata düşməsi və faiz xərclərinin 6,1% artaraq 3,6 milyon manatı keçməsi nəticəsində xalis faiz gəliri 6,6% geriləyərək 6,5 milyon manata enib. Lakin qeyri-faiz gəlirlərinin təxminən 3 dəfə (196,8%) kəskin artaraq 578,5 min manata yüksəlməsi və qeyri-faiz xərclərinin 2,5% azalıb 6,4 milyon manata düşməsi faiz gəlirlərindəki itkini tam kompensasiya edib, nəticədə əməliyyat mənfəəti 17,3% artaraq 638,6 min manat təşkil edib.

Kredit itkiləri üzrə ehtiyat sətirinin mənfəətə müsbət təsiri 173,2 min manata düşsə də, sair gəlirlərin ötənilki 5 min manatlıq zərərdən 385,4 min manatlıq mənfəətə keçməsi vergidənəvvəlki mənfəəti 37,2% artıraraq 1,2 milyon manat səviyyəsinə qaldırıb. İyunun sonuna NBKT-nin məcmu aktivləri illik müqayisədə 4,5% artaraq 75,3 milyon manata çatıb. Aktivlərin tərkibində xalis kredit portfeli 5,1% kiçilərək 60,9 milyon manata düşdüyü halda, nağd vəsaitlər və bank hesablarındakı qalıqlar 20,1% artaraq 5,2 milyon manata yüksəlib, həmçinin yerli banklarda 3,5 milyon manatlıq yeni müddətli depozit yerləşdirilib. Online alış-veriş


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!