Bu şəxslərin maaşı ARTIRILDI

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin maaşı ARTIRILDI

Sosial

03 Mart 2026 16:06 1478


Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlərə cəlb edilən fiziki şəxs üçün nağd qaydada ödənilən məbləğin yuxarı həddi artırılıb.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq qərar imzalayıb.

Belə ki, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi 30 manat məbləğində müəyyən edilib.

Məlumat üçün bildirək ki, bu məbləğ daha əvvəl 20 manat idi./Trend.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!