Türkiyə-Ermənistan sərhədində zəlzələ baş verib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Xidmətindən məlumat verilib.
Məlumata görə, aprelin 28-də İrəvan vaxtı ilə saat 16:02-də 3.9 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin episentri Qarsdan 43 km şimalda olub. Təkanlar 10 km dərinlikdə qeydə alınıb.
Yeraltı təkanın gücü MSK 64 şkalası (Medvedev-Sponhoyer-Karnik - zəlzələlərin insanlara, tikililərə və ətraf mühitə təsirinə əsasən intensivliyini qiymətləndirmək üçün 1964-cü ildə hazırlanmış 12 ballıq makroseysmik şkala - red.) üzrə 5 bal olub.
Telegram kanalımız