Keçmiş rəis restoranda adam döydü, tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Keçmiş rəis restoranda adam döydü, tutuldu

Kriminal

12 Noyabr 2026 07:56 186


Mingəçevirdə sabiq vəzifəli şəxsin iştirakı ilə restoranda dava baş verib.

“Yeni Sabah” Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən restoranlardan birində qeydə alınıb.

Məlumata görə, münaqişədə fəaliyyəti ləğv edilmiş 5 saylı Magistral Yolların İstismarı MMC-nin sabiq rəisi Arif Abbasov da iştirak edib. Online shopping Azərbaycan

Bildirilir ki, mübahisə zamanı A.Abbasov qarşı tərəfə xəsarət yetirib.

Hadisə ilə bağlı polis əməkdaşları əməliyyat tədbirləri həyata keçiriblər. Nəticədə Arif Abbasov saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə A.Abbasov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!