Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı

saytların hazırlanması

Evə çatdırılma

Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı

İdman

14 Noyabr 2026 23:23 46


Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

"Yeni Sabah" xəbər verir ki, Əliyar Ağayev noyabrın 16-da Qazaxıstan və Slovakiya milli komandaları arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq.

Zeynal Zeynalov və Akif Əmirəli baş hakimin köməkçiləri, İnqilab Məmmədov isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər. Nicat İsmayıllı VAR hakiminin köməkçisi, avstriyalı Alan Kiyas isə VAR hakimi olacaq. Onlayn mağaza

Qeyd edək ki, Qazaxıstan - Slovakiya görüşü Astana şəhərində yerləşən "Astana Arena"da Bakı vaxtı ilə saat 19:00-da başlayacaq./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!