Artıq yeni tədris ilinə az qalıb. Bu isə o deməkdir ki, regionlardan və xarici ölkələrdən paytaxt Bakıya və digər regionlara tələbə axını başlayacaq.
Bəs hazırda kirayə mənzil bazarında qiymətlər nə yerdədir?
Metbuat.az-a danışan "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, hazırda mənzillərin kirayə qiymətində artım var. Ən çox artım birotaqlı evlərdə müşahidə olunur: pizza hut
"Hazırda Bakıda kirayə mənzil bazarında orta mənzil qiyməti 843 manatdır. Bir kvadratın dəyəri isə 9,49 manat təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə orta mənzilin kirayə qiyməti 14,07%, bir kvadrat metrə görə isə orta qiymət ötən illə müqayisədə 19,37% artıb. Otaqlar üzrə qiymət artımına gəlincə, ən çox birotaqlı evlərdə qeydə alınıb - 16,46%. İkiotaqlıda 11,91%, üçotaqlıda 10,68%, çoxotaqlıda isə 3,92% qiymət artımı olub".
O bildirib ki, artıq avqustun sonu, sentyabrın əvvəlinə kirayə mənzil bazarında qiymət artımı gözlənilir: "Ötən ilin avqust ayının II dekadasında qiymət artımı 6,22% olub, sentyabrda isə 9,74% olub. Bu onu deməyə əsas verir ki, avqustun sonu, sentyabrın əvvəlində qiymət artımı qaçılmaz olacaq".
Nüsrət İbrahimov həmçinin regionlarda da kirayə evlərin qiymətlərində artım olduğunu bildirib: "Regionlarda mənzillərin orta kirayə qiyməti 342 manatdan 367 manata çatıb. İl ərzində 7,31% faiz artım olub".
Telegram kanalımız