Azərbaycanda 30 dekabr qısaldılmış iş günüdür.
31 Dekabr – Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar olaraq, 30 dekabr (çərşənbə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq.
Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Online alış-veriş
Bu səbəbdən dövlət və özəl müəssisələrdə 30 dekabrda iş vaxtı adi günlərlə müqayisədə bir saat daha qısa olacaq.
Qeyd edək ki, 1–2 yanvar tarixləri də qeyri-iş günləridir./Mətbuat.az
Telegram kanalımız