Qaradağ sakinlərinə şad xəbər

saytların hazırlanması

Evə çatdırılma

Qaradağ sakinlərinə şad xəbər

Sosial

24 Noyabr 2026 12:09 32


Milli Məclisin plenar iclasında deputat Aydın Hüseynov müzakirə olunan layihənin Azərbaycan iqtisadiyyatının inkişafına və regionlarda məşğulluğun təmin olunmasına mühüm töhfə verəcəyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, layihənin hazırda icra olunduğu məkana — Qaradağ rayonunun Səngəçal qəsəbəsinə diqqət çəkən parlamentari tikinti prosesində 1500-2000 nəfərə qədər vətəndaşın işə cəlb olunduğunu qeyd edib. O, növbəti mərhələlərdə qaz emalı zavodunun inşası başa çatdıqdan sonra rayonda məşğulluğun daha da artacağını və yeni iş yerlərinin yaradılacağını vurğulayıb.

Yerli icma nümayəndələri ilə keçirilən görüşlərdə şəxsən iştirak etdiyini deyən A.Hüseynov qəsəbədə mövcud olan bir sıra sosial problemlərin həllinin öhdəlik kimi götürüldüyünü və bu istiqamətdə real işlərin görüləcəyini diqqətə çatdırıb. Deputat həmçinin kəmər çəkilişindən sonra balıqçıların fəaliyyətinə mümkün təsirlərə toxunaraq, layihənin müəyyən edilmiş qaydada icrası ilə yanaşı, sonrakı mərhələlərdə yerli balıqçılar üçün də müvafiq şəraitin yaradılacağına əminliyini ifadə edib. Onlayn mağaza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!