Bakının gələcəyi ilə bağlı mühüm təklif: Ətraf qəsəbələrə...

saytların hazırlanması

Evə çatdırılma

Bakının gələcəyi ilə bağlı mühüm təklif: Ətraf qəsəbələrə...

Sosial

24 Noyabr 2026 12:30 41


Milli Məclisin plenar iclasında çıxış edən deputat Aydın Hüseynov Qaradağ rayonunun Ələt qəsəbəsində həyata keçirilən layihələrə diqqət çəkərək, müzakirə olunan qanun layihəsinin qəbulu və qüvvəyə minməsinin yerli sakinlərdə mülkiyyətlərinin ədalətli şəkildə kompensasiya olunacağına dair güclü inam yaratdığını bildirib. Parlamentarinin sözlərinə görə, əmlakın dövlət ehtiyacları üçün alınması prosesi həm vətəndaşların hüquqlarının qorunması, həm də dövlət maraqları baxımından qarşılıqlı fayda təmin edəcək.

"Yeni Sabah" xəbər verir ki,  Bakı və ətraf qəsəbələrin sürətlə böyüdüyünü vurğulayan A.Hüseynov gələcəkdə dövlət layihələri və infrastrukturun inkişafı ilə əlaqədar dövlət ehtiyacları üçün ayrılan ərazilərin arta biləcəyini qeyd edib. Bu baxımdan o, Qaradağ rayonu da daxil olmaqla, paytaxtın ətraf zonalarının baş planının hazırlanmasını təklif edib.

Deputatın fikrincə, baş planın təsdiqlənməsi mülkiyyət məsələlərinin tənzimlənməsi zamanı təkcə dəmir yolları və qanunda nəzərdə tutulan digər dövlət ehtiyaclarını deyil, həm də gələcəkdə inşasına zərurət yaranacaq məktəblər, yaşıllıq sahələri, uşaq meydançaları və xəstəxanalar kimi sosial və infrastruktur obyektlərini əvvəlcədən nəzərə almağa imkan verəcək. Bakıda online alış-veriş

Çıxışının sonunda nəqliyyat məsələlərinə toxunan parlamentari Bakı ilə Ələt arasında sürət qatarlarının işə salınmasının məqsədəuyğun olduğunu bildirib. O, bu addımın ekoloji, iqtisadi və turizm baxımından səmərəli olacağını, eləcə də vətəndaşlara yüksək səviyyədə nəqliyyat xidmətinin göstərilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!