Mənimsəmə və cərimə təhlükəsi: “Badamdar Estates” nizamnamə kapitalını azaldır

saytların hazırlanması

Evə çatdırılma

Mənimsəmə və cərimə təhlükəsi: “Badamdar Estates” nizamnamə kapitalını azaldır

İqtisadiyyat

24 Noyabr 2026 12:47 28


“Badamdar Estates” MMC nizamnamə kapitalını azaltdığını elan edib.

“Yeni Sabah” xəbər verir ki, kreditorlar Mülki Məcəllənin tələblərinə uyğun olaraq, bu elan dərc edildiyi gündən etibarən 1 ay müddətində tələblərini şirkətin ünvanına və ya telefon/e-poçt əlaqə vasitələri ilə bildirə bilərlər.

Bundan əvvəl “Badamdar Estates” MMC barəsində məcburi auditdən yayınma (İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi) üzrə inzibati xəta protokolu tərtib olunub. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun icraatında olan iş üzrə şirkəti 1500 manatdan 2500 manatadək cərimə gözləyir. Online shopping Azərbaycan

“Badamdar Estates” MMC-nin sabiq baş xəzinədarı Dünyamalı Qarayev barəsində başlanmış 163 min manatdan artıq vəsaitin mənimsənilməsi işi üzrə istintaq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə ittiham olunur, barəsində həbs qətimkan tədbiri seçilib.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!