ŞAD XƏBƏR: Bu şəxslərə 20 min manat vergi güzəşti tətbiq olunur

saytların hazırlanması

Evə çatdırılma

ŞAD XƏBƏR: Bu şəxslərə 20 min manat vergi güzəşti tətbiq olunur

İqtisadiyyat

24 Noyabr 2026 12:29 52


Kiçik sahibkarlıq subyektlərinə tətbiq olunan 25 faizlik mənfəət vergisi güzəştinin konkret hesablama mexanizmi və yararlanma şərtləri izah edilib.

“Yeni Sabah” xəbər verir ki, nümunəvi hesablamaya əsasən, 2026-cı ildə illik dövriyyəsi 500 min manat olan kiçik sahibkarlıq subyektinin dövriyyəsi 2027-ci ildə 200 min manat artaraq 700 min manata çatdıqda, xərclər (300 min manat) çıxıldıqdan sonra yaranan 400 min manatlıq mənfəətdən 20 faiz dərəcə ilə 80 min manat mənfəət vergisi hesablanır.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, bu məbləğə 25 faizlik güzəşt (20 min manat) tətbiq edilir və nəticədə sahibkar dövlət büdcəsinə 80 min manat deyil, 60 min manat vergi ödəyir. Bununla da sahibkar 20 min manat məbləğində vergi qənaəti əldə etmiş olur. Bakıda online alış-veriş

Qeyd olunub ki, bu güzəştdən yararlanmaq üçün sahibkarın vergi borcu olmamalı, əmək qanunvericiliyi pozulmamalı və illik dövriyyədə artım qeydə alınmalıdır.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!