Bu yollarda vəziyyət acınacaqlıdır -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bu yollarda vəziyyət acınacaqlıdır - FOTO

Sosial

01 Oktyabr 2026 08:34 114


Bakının bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur.

"Yeni Sabah" xəbər verir ki, bu barədə yollardakı mövcud vəziyyətlə bağlı məlumatda bildirilib.

Hazırda aşağıdakı istiqamətlərdə sıxlıq qeydə alınır: Marqarita pizza

Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

Heydər Əliyev prospektinin əsas və köməkçi yolları, mərkəz istiqamətində;

8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər.

Sürücülərə qeyd olunan istiqamətlərdə hərəkət zamanı sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə imkanlarını dəyərləndirmələri tövsiyə olunur.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!