Bülent Ersoyun son halı görənləri   şoka saldı - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bülent Ersoyun son halı görənləri şoka saldı - FOTO

Şou

07 Sentyabr 2026 15:11 124


Türkiyənin tanınmış sənətçisi, “Diva” ləqəbli Bülent Ersoy yay konsertlərinə qısa fasilə verərək estetik əməliyyat keçirib. O, Sapancada səhnəyə çıxaraq yeni görünüşü ilə diqqət çəkib.

“Yeni Sabah” xəbər verir ki, Bülent Ersoy Sapanca Kırkpınar Amfi Teatrında pərəstişkarları üçün konsert verib. Təxminən iki saat davam edən konsertdə sənətçi sevilən mahnılarını səsləndirib.

İyul ayında “Lolita estetikası” (gənc, uşaqsayağı və zərif üz cizgiləri yaratmağa yönələn estetik görünüş) etdirən və üzünü gərdirən Ersoyun son görüntüsü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Konsert zamanı çəkilən yaxın plan fotosu xüsusilə diqqət çəkib. Sezar pizza

Bülent Ersoy daha əvvəl estetik əməliyyatı ilə bağlı danışarkən, “Üzümü Lolita kimi etdirdim”, – deyə bildirmişdi.

Sənətçinin üzündəki dəyişikliklə yanaşı, barmağındakı dəbdəbəli üzüyü də diqqətdən qaçmayıb. Üzüyün təxminən 12 karat olduğu, çəhrayı sapfir və brilyantlardan hazırlandığı bildirilib.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!