Bulvara gəzintiyə çıxan sakinlərə çağırış  

saytların hazırlanması

Evə çatdırılma

Bulvara gəzintiyə çıxan sakinlərə çağırış  

Sosial

06 Fevral 2021 12:53 721


Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Dənizkənarı Milli Parkda növbəti dezinfeksiya işləri aparılıb.

“Yeni Sabah” AZƏRTAC-a istinadən xəbər verir ki, fevralın 6-da səhər saatlarından başlayaraq iri və xırda həcmli texnikalar vasitəsilə bulvarın bütün ərazisi xüsusi məhlullarla yuyulub. Ərazidəki oturacaqlar, məhəccərlər, işıq dirəkləri, əl tutacaqları dezinfeksiya edilib.

Görülən işlər barədə danışan “Dənizkənarı Milli Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rəfail Niftəliyev bildirib ki, ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar bulvar ərazisinə gələn insanların sayı artır. Buna görə də burada mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Bulvar ərazisində yerləşən bütün obyektlər, o cümlədən yeməkxanalar, anbarlar və ofislər, iaşə obyektləri, gəzinti gəmiləri, attraksionlar mütəmadi olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya edilir. pizza mizza

Rəfail Niftəliyev bulvar ərazisində gəzintiyə çıxan sakinləri Operativ Qərargahın təlimatlarına riayət etməyə çağırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!