Bulvarda şəkil çəkmək istədi, dənizə düşdü - Video
01 İyn 2020 18:13
257

Bulvarda şəkil çəkmək istədi, dənizə düşdü - Video

Bakı Bulvarında 2003-cü il təvvəllüdlü Allahverdiyev Riyad Oktay oğlu dənizə yıxılıb.

Yenisabah.az xəbər verir ki, hadisə “Dəniz Mall”un yaxınlığında baş verib.

Dənizkənarı Bulvar İdarəsinin mühafizəçisi Mahmud Bağırzadə suya atılaraq boğulma təhlükəsi ilə üz-üzə qalan gənci xilas edib.

R.Allahverdiyev şəkil çəkərkən müvazinətini qoruya bilmədiyi üçün dənizə yıxıldığını söyləyib.  /Bakupost

Oxşar xəbərlər