“Bunlar hamısı o ətin içindəki sümüklərdir...”

saytların hazırlanması

Evə çatdırılma

“Bunlar hamısı o ətin içindəki sümüklərdir...”

Şou

28 Oktyabr 2021 08:45 1042


"Nadirin gileylənməyə haqqı var. O Xalq artisti fəxri adı alanların əksəriyyətindən yaxşı oxuyur"

“Yeni Sabah” xəbər evrir ki, bunu moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. O, Nadir Qafarzadənin ölkəni tərk etmədiyini, Moskvaya toya getdiyini bildirib:

"Nadir ölkəni niyə tərk edir ki, ölkə neyləsin? Moskvaya toya gedib oxuyub gələcək. Ailəsi Azərbaycandadır, Nadir hara gedəsidir ki? Sadəcə Nadir əsəbiləşib, bu ona da təsir edib. Əlbəttə, Nadirin müğənni kimi xidmətləri olub. Miri Yusifin var, rep oxuyan. O, nə oxuyur ki, onun oxumağından bir şey anlayırsınız ki? Bilmirəm o, gop eləyir, ya rep eləyir, amma onu bilirəm ki, Xalq artistidir. Əlbəttə ki, bu, adama təsir edir. Hələ o birilərinin adını çəkmirəm, biri bəsdir. O vaxt qəssablar ət satanda ətin yaxşı yerini göstərib, torbaya qoyanda isə arasında sümüyü də atırdılar. Bunlar hamısı o ətin içindəki sümüklərdir". Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ələsgər Ələsgərov
    Ölkədə artıq xalq artisti adı əsil xalq sənətkarlarının utanc gətirib. Bu ad ləqv edib, o liftləri, meşədə odun axtaranları rədd edib, qalanlara xalq sənətçisi adı vərilməlidir
    5 years ago