Adətən, kriminal xronikada cinaytət törətmiş şəxslərin keçmiş məhbus olması xatırladılır. Bu da cəmiyyətdə onlara qarşı aqresiv münasibəti gücləndirir. Üstəlik məhbəs həyatı yaşamış insanların gələcəkdə iş tapmasına, ailə qurmasına, ümumən cəmiyyətə adaptasiyasına maneə törədir.
Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, Əfv Məsələləri Komissiyasının bir üzvü kimi ayrı-ayrı müraciətlərə baxanda, şəxsin keçmiş məhkumluğu ağırlaşdırıcı hal kimi nəzərdən keçirilir.
“Əgər adamda cinayət etmək xarakterikdirsə, şübhəsiz, fakt oxucunun da psixologiyasına təsir edir. Amma təsadüfən, ehtiyatsızlıqdan cinayət törədənlər də var. pizza sifarişi
Bir də var, cinayət törətmək adamın xislətindədir, yəni cinayət törətmədən dayana bilmir. Biri də var, ikinci tip, bu halda bir problem görmürəm.
Başqa tərəfdən, keçmiş məbhusların cəmiyyətə inteqrasiya olunması məsələsinə ümumiyyətlə, həssas olmalıyıq. Onsuz da, indi, müharibədən sonra problemlər çoxdur. Bu adamlara da diqqət lazımdır, jurnalistlər bu tərz məsələlərə xüsusi həssaslıq yetirməlidir, çünki yazdığı yazı, səsləndirdiyi xəbər minlərlə insana çatır. O məhkumla da empatiya qurmaq lazımdır.
Ancaq qeyd etdiyim ki, psixoloji problemi olan bir caninin keçmiş məhkum kimi qeyd edilməsi onu daha yaxşı tanımağımıza şərait yaradar”.
Ayzel
Telegram kanalımız