“Cavanlıqda meyxana demişəm“ - Aktyor

saytların hazırlanması

Evə çatdırılma

“Cavanlıqda meyxana demişəm“ - Aktyor

Şou

03 Mart 2023 16:54 753


"18-19 yaşımda meyxana demişəm".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, aktyor Kamran Ağabalayev deyib.

O bildirib: "Bəli, qulaq asıram, amma son zamanlar sevmirəm. Çünki bütün fikirlər təkrarlanır və mən təkrarı sevmirəm". Sezar pizza

Aktyor "Nə vaxtsa meyxana demisiniz" sualna belə cavab verib: 

"Demişəm. Bu genetiktir. Bakılı olan hər kəsin qanında meyxana var. 18-19 yaşımda meyxana demişəm. Əruz vəznini çox sevirdim. Düşünürdüm ki, bu da bir yaradıcılıqdır. Mən meyxanaya heç bir halda fitri istedad kimi baxmıram. Çünki dilimizdə an, at, əl, üz kimi sözlər var. Bunlarla qafiyələr qurub dərhal 50 uyğun söz tapmaq mümkündür.

Müəyyən sözlər, texnikalar var, meyxana söyləyəndə ondan istifadə edilir. Əsas üç misranı zəncir formasında gətirən, dördüncü rədifi ona bağlayan şəxs güclü meyxanaçı sayılır. Onlar meyxana ustasıdırlar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!