Cəbhədə son durum: Ruslar 850 hərbçi itirdi

saytların hazırlanması

Evə çatdırılma

Cəbhədə son durum: Ruslar 850 hərbçi itirdi

Dünya

31 Yanvar 2023 10:42 723


Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 850 hərbçisini itirib. 

Yenisabah.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 127 500 nəfərə çatıb.  Sezar pizza

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 zirehli döyüş maşını, 1 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!