Cəbrayılda bir gündə ikinci partlayış   - Həmin şəxsin atası da minaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Cəbrayılda bir gündə ikinci partlayış - Həmin şəxsin atası da minaya düşdü

Hadisə

08 Oktyabr 2026 20:20 245


İşğaldan azad edilmiş Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 2026-cı il 8 oktyabr tarixində 2-ci mina partlayışı hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Məlumata görə, bir müddət öncə Qəhrəmanov Orxan Əşrəf oğlunun minaya düşdüyü əraziyə atası, 1966-cı il təvəllüdlü Qəhrəmanov Əşrəf Elman oğlu daxil olaraq piyada əleyhinə mina hadisəsinə məruz qalıb. Hadisə nəticəsində Qəhrəmanov Əşrəf xəsarət alıb. pizza sifarişi

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!