Çelik: Putinin səfərinə ümid edirik

saytların hazırlanması

Evə çatdırılma

Çelik: Putinin səfərinə ümid edirik

Dünya

14 İyul 2023 12:50 951


Ankara Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə ümid edir.

Yenisabah.az habertürk-ə istinadla xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik bildirib.

O deyib: "Düşünürəm ki, Putin müharibə dövründə xaricə getsə, Türkiyəyə gələcək". pizza hut

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son günlər dəfələrlə Rusiya lideri Vladimir Putinin avqustda Türkiyəyə səfərini səbirsizliklə gözlədiyini bildirib. Türkiyə lideri rusiyalı həmkarı ilə müxtəlif mövzuları, o cümlədən “taxıl müqaviləsi”ni müzakirə edəcəyini gözlədiyini bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, prezident Vladimir Putinin Türkiyəyə səfərinin tarixi hələlik məlum deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!