Cəlilabadda ikimərtəbəli ev yandı

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda ikimərtəbəli ev yandı

Hadisə

21 Fevral 2026 20:22 515


Cəlilabadda ikimərtəbəli evdə yanğın olub.

"Yeni Sabah" xəbər verir ki, yanğın hadisəsi Buravar kəndində kənd sakini Amil Abdullayevə məxsus evdə baş verib. Evdə başlayan yanğın qısa müddət ərzində bütün otaqlara yayılıb. Əraziyə FHN-nin Cəlilabad və Yardımlı rayonlarından olan yanğından mühafizə hissəsinin texnika və canlı qüvvələri cəlb olunub. Bütün səylərə baxmayaraq, ikimərtəbəli ev tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Hadisə zamanı ev sahibi ailəsi ilə birlikdə qardaşının evinə qonaq getdiyindən xəsarət alan olmayıb. Pepperoni pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!