Cem Adrianın ayağı sındı - Foto
15 İyl 2019 16:01
176

Cem Adrianın ayağı sındı - Foto

Türkiyəli məşhur müğənni Cem Adrianın ayağı sınıb.

 “Yeni Sabah” xəbər verir ki,  ifaçı bu barədə məlumatı öz “Instagram” hesabından yayıb.

Hadisənin “Kuşadası Gençlik Festival”ı zamanı baş verdiyini açıqlayan C.Adrian konsertlərini ləğv etməyəcəyini qeyd edib.

“Konsertləri ləğv etmirik, ölməmişik ki...”

Qeyd edək ki, müğənni dünən axşam baş tutan Alaçatı konsertində də səhnəyə ayağı sınıq halda çıxıb.

Əsmətxanım

Oxşar xəbərlər