Çəməni kartonla örtdü, nəticə hər kəsi təəccübləndirdi

saytların hazırlanması

Evə çatdırılma

Çəməni kartonla örtdü, nəticə hər kəsi təəccübləndirdi

Dünya

07 Avqust 2026 23:17 96


Bağbanlardan biri ənənəvi çəmən örtüyünə qulluq etmək əvəzinə fərqli üsula əl ataraq bağında kartondan istifadə edib.

"Yeni Sabah" xəbər verir ki, o, çəmənliyi qazmadan və kimyəvi vasitələrdən istifadə etmədən bütün ərazini qat-qat kartonla örtüb.

Daha sonra kartonun üzərinə kompost və qalın üzvi torpaq qatı əlavə olunub. Kənd təsərrüfatı mütəxəssislərinin də dəstəklədiyi bu üsul sayəsində karton günəş şüalarının qarşısını kəsərək çəmən və alaq otlarının təbii şəkildə çürüməsinə şərait yaradıb. Dominos pizza

Vaxt keçdikcə torpağın altında parçalanan karton soxulcanlar və faydalı mikroorqanizmlər üçün qida mənbəyinə çevrilib. Bu da torpağın məhsuldarlığını artırıb. Yeni yaradılan təbii bağda quraqlığa davamlı bitkilər, arı və kəpənəkləri cəlb edən çiçəklər, eləcə də müxtəlif meyvə və tərəvəz növləri əkilib.

Karton və üzvi örtük torpaqdakı nəmi uzun müddət saxladığı üçün bağın suvarılmasına ehtiyac da xeyli azalıb.

Mütəxəssislər bu üsulu sınamaq istəyənlərə bütün bağı eyni vaxtda kartonla örtməməyi tövsiyə edirlər. Onların fikrincə, əvvəlcə kiçik bir sahədə sınaq aparmaq, nəticəni müşahidə etdikdən sonra isə ərazini mərhələli şəkildə genişləndirmək daha səmərəli nəticə verir. Görüntülər sosial şəbəkələrdə viral olub.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!