İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal hökumətin idarəolunması üzrə müşaviri Mehdi Cavadov vəzifəsindən ayrılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz paylaşım edib.
O qeyd edib ki, cəmi iki ay yarım öncə təyin olunan Mehdi Cavadovun belə bir addım atması diqqət tələb edən hadisədir: Marqarita pizza
"Cəmi iki ay yarım öncə təyin olunan rəqəmsal hökumətə cavabdeh müşavir vəzifəsindən ayrılıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal hökumətin idarəolunması üzrə müşaviri Mehdi Cavadov vəzifəsindən ayrıldığını açıqlayıb.
O, bununla bağlı qısa bir paylaşım edərək agentlikdəki fəaliyyətinin başa çatdığını bildirib.
Bu, kifayət qədər maraqlı bir gedişdir. Necə deyərlər, aydın səmada göy gurultusudur.
Çünki o, cəmi iki ay yarım əvvəl bu vəzifəyə təyin olunmuşdu. Təyinat zamanı etdiyi paylaşımda yeni komanda ilə birlikdə "faydalı işlər" görəcəyini qeyd etmişdi.
Əvvəllər ASAN-da müşavir olaraq çalışan Mehdi Cavadovun məhz ASAN və RİNN rəhbərlərinin razılığı ilə bu vəzifəyə təyin olunması sirr deyildi.
Mən Mehdi Cavadovu öz sahəsində peşəkar mütəxəssis kimi tanıyıram.
O, uzun illər rəqəmsal hökumət sahəsində mühüm layihələrə rəhbərlik edib, zamanında eGov -un texniki-texnoloji infarstrukturuna, myGov ekosisteminin formalaşmasının ilkin mərhələsinə də rəhbərlik edib.
Belə bir şəxsin məhz rəqəmsal hökumət istiqaməti üzrə 1 N-li məsul vəzifədən cəmi iki ay yarım sonra ayrılması, təbii ki, düşündürücü görünür.
Görəsən nə baş verib? Mehdi müəllimi belə bir addım atmağa nə vadar edib ?
Şəxsi qənaətimə görə, bunun maliyyə ilə bağlı olması inandırıcı görünmür.
Çünki İRİA və ümumilikdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki qurumlar ölkədə əməkhaqqı baxımından ən rəqabətli dövlət qurumları sırasındadır.
Digər tərəfdən, məlumdur ki, son dövrlər rəqəmsal hökumət quruculuğu istiqamətində müəyyən institusional dəyişikliklər, necə deyərlər "rəqəmsal təmərküzləşmə" prosesləri müşahidə olunur. Bəlkə bu istiqamətdə rəhbərliklə müəyyən fikir ayrılıqları olub ? Bəlkə yeni komanda ilə işləyə bilməyib ?
Əlbəttə bunlar yalnız ehtimaldır və rəsmi məlumat yoxdur.
Maraqlıdır ki, son aylarda İRİA-da müəyyən dinamika, ciddi tərpəniş hiss olunurdu.
Xüsusilə Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlamasından sonra rəqəmsal transformasiya istiqamətində, sektorda ciddi qanunvericilik aktlarının qəbul edilməsi istiqamətində fəallığın xeyli artdığı, maraqlı tərəflərlə intensiv müzakirələrin aparıldığı və bir sıra faydalı təşəbbüslərin sürətləndiyi görünürdü.
Belə bir mərhələdə rəqəmsal hökumət istiqamətinə cavabdeh əsas rəhbərlərdən birinin vəzifəsindən ayrılması məncə çox diqqət tələb edən hadisədir.
Hazırda ölkədə rəqəmsal transformasiya ilə bağlı mühüm qərarların və genişmiqyaslı layihələrin icra mərhələsinə keçildiyi bir dövrdə belə istefaların səbəblərinin aydın şəkildə izah edilməsi həm sektor, həm də ictimaiyyət üçün faydalı olardı.
Ümid edirəm ki, İRİA və ya RİNN bu məsələyə bir aydınlıq gətirəcək".
Əsmətxanım Rzazadə
Telegram kanalımız