Cənubi Koreya təlimlərə başladı, ABŞ da qatılır

saytların hazırlanması

Evə çatdırılma

Cənubi Koreya təlimlərə başladı, ABŞ da qatılır

Dünya

18 Oktyabr 2022 00:26 729


Cənubi Koreya ABŞ-ın qismən iştirak edəcəyi müntəzəm təlimlərə başlayıb.

Yenisabah.az NHK-yə istinadla xəbər verir ki, müdafiə təlimləri oktyabrın 17-dən 28-dək davam edəcək.

Koreya Respublikası Qərargah Rəislərinin Birgə Komitəsi məlumat verib ki, təlimlər Şimalın nüvə və raket proqramları şəklində çoxsaylı təhdidləri nəzərə alınmaqla keçirilir. Qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək məqsədi daşıyan tədbirdə qismən Koreya Respublikasında yerləşən ABŞ hərbçiləri iştirak edəcək. Marqarita pizza

Qeyd edək ki, oktyabrın 14-də Şimali Koreya Yapon və Sarı dənizlərinə doğru iki dəfə artilleriya atəşi həyata keçirib. Həmçinin, oktyabrın 14-də ilin əvvəlindən 27-ci ballistik raket buraxılışını həyata keçirib.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, uçuşun hündürlüyü 50 kilometr, məsafəsi 650 kilometr olub. Artilleriya atəşinin Cənubi Koreyada keçirilən oxşar təlimlərə cavab olduğu güman edilir

Şimali Koreyanın atdığı mərmilərin bir hissəsi iki ölkənin hərbçiləri arasında 2018-ci ildə əldə edilmiş razılaşmaya baxmayaraq, dəniz demarkasiya xəttinə yaxın düşüb. Cənubi Koreyanın müdafiə naziri Li Çen Seop bildirib ki, bu proses “Şimali Koreyanın təxribatının başlanğıcı” ola bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!