Çətənə koronavirusun dərmanıdır? - Həkim iddiaya aydınlıq gətirdi

saytların hazırlanması

Evə çatdırılma

Çətənə koronavirusun dərmanıdır? - Həkim iddiaya aydınlıq gətirdi

Sosial

15 Yanvar 2022 11:46 931


Bəzi beynəlxalq tibbi araşdırma qurumları marixuananın əsas tərkib hissəsi olan çətənə bitkisinin koronavirusa qarşı etibarlı mübarizə üsulu hesab edir. Çətənənin 2 əsas komponenti olan "CBGA" və "CBDA" nın koronavirusun ötürülməsinin qarşısını aldığı iddiasını irəli sürür. 

Keçən ildən bəri gündəmə gətirilmiş bu iddia yenidən ağıllarda qarışıq fikirlər doğurub.

"Çətənə bitkisi insanları COVID-dən ən etibarlı qoruyucudur" sualına həkim-radioloq Aydın Əliyev qətiyyətlə "yox" cavabı verib. pizza mizza

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında o, məlum araşdırmalar barədə məlumatları dezinformasiya adlandırıb:

“Bu, çox absurd fikirdir. Bunu ki deyir ki? Çətənənin koronavirusun qarşısını alma məsələsi elmi təsdiqini tapmayıb. Nəşə immun sistemini zəiflədir, ağ və qara ciyərlərii, böyrəkləri sıradan çıxarır. Eyni zamanda, mərkəzi sinir sisteminə mənfi təsir göstərir.

Bu qədər zərəri olan bir maddə heç vaxt orqanizmin immunitetini gücləndirə bilməz. Əksinə, yalnız koronavirusa deyil, bütün xəstəliklərə qarşı immuniteti zəiflədir”.

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!