Cihaz xarab oldu, yenisini almalı oldun:   SƏBƏBİ BİLİRSƏN?

saytların hazırlanması

Evə çatdırılma

Cihaz xarab oldu, yenisini almalı oldun: SƏBƏBİ BİLİRSƏN?

İqtisadiyyat

19 Sentyabr 2026 10:03 111


Bəzi məhsulların qəsdən deyil, qısa həyat dövrü və çətin təmir prinsipi ilə dizayn edilməsi real problemdir. Burada əsas məsələ “zəmanət bitdi, cihaz xarab oldu” deyil, məhsulun nə qədər təmirolunan olmasıdır.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Strateji Kommunikasiya üzrə ekspert Səfər Aslanov bildirib. Onun sözlərinə görə, ehtiyat hissəsinə məhdud çıxış, yüksək qiymət və yalnız rəsmi servisdən istifadə məcburiyyəti təmiri iqtisadi cəhətdən əlverişsiz edə bilər. Nəticədə istehlakçı yeni məhsula yönəlir:

“Belə məsələlərdə təmir xərci + cihazın qalan ömrü + yeni cihazın kreditlə yekun qiyməti + enerji sərfiyyatı birlikdə hesablanmalıdır. Bəzən təmir, bəzən də yeni cihaz daha sərfəli olur. İstehlakçı ehtiyat hissəsinə, təmir məlumatına və alternativ servisə çıxış əldə etməlidir. Bu, həm istehlakçı hüququnu, həm də bazarda rəqabəti gücləndirər” pizza sifarişi

Ekspert qeyd edib ki, qısa məhsul ömrü ailəni daha tez-tez yeni məhsul almağa məcbur edir:

“Bu isə həm ailə xərclərini artırır, həm də idxal hesabına ölkədən daha çox valyuta çıxmasına səbəb olur. Təmir bazarının inkişafı isə pulun daha böyük hissəsinin ölkə daxilində qalmasına və yeni xidmət sektorunun yaranmasına imkan verə bilər”.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!