Sonuncu dəfə Tünzalə xanımla "Bizimləsən" verilişində görüşmüşdüm. Çox ağır itkidir. Tünzalə xanım hər zaman bizim ürəyimizdə "Toppuş bacı" kimi qalacaq".
Yenisabah.az bizim.media-a istinadla xəbər verir ki, bunu aktrisa Çimnaz Sultanova deyib.
Əməkdar artist Tünzalə Əliyeva ilə vidalaşmaq üçün Heydər məscidinə gələn sənətçi mərhumla bağlı xatirələrini bölüşüb: Dominos pizza
"Aktyorlar işləmirlər, onlar teatrda xidmət edirlər. Səhnəyə çıxmamağın bir tək səbəbi ölümdür. Tünzalə cəsarətli xanım idi. O cəsarətlə də bu xəstəliklə mübarizə aparırdı. Allah rəhmət eləsin. Bu xanım hər zaman bizi güldürüb, sevinc bəxş edib. Amma o, bu gün bizi ağladır".
Telegram kanalımız