Çin lideri diktator deyil - Baş nazir

saytların hazırlanması

Evə çatdırılma

Çin lideri diktator deyil - Baş nazir

Dünya

22 İyun 2023 10:22 583


ABŞ prezidenti Co Baydenin Çin lideri Si Cinpinin diktator olması ilə bağlı açıqlaması ilə razı deyiləm.

Yeniusabah.az "Reuters"ə istinadla xəbər verir ki, bunu Yeni Zelandiyanın baş naziri Kris Hipkins bildirib.

O deyib: "Xeyr, Çinin idarəçilik forması Çin xalqından asılıdır". Dominos pizza

“Əgər onlar hakimiyyət sistemini dəyişmək istəsələr, bu, onların işi olar”, - deyə baş nazir əlavə edib.

Hipkinsin iyunun 25-30-də Yeni Zelandiyanın bəzi iri şirkətlərinin daxil olacağı ticarət heyətinin başında Çinə səfəri planlaşdırılır. O, Si Zinpin, baş nazir Li Syan və Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Jao Leci ilə görüşəcək.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Çin prezidenti Si Zinpini “diktator” adlandırıb. Buna cavab olaraq Çin etirazını bildirib, Baydeni “gülünc” bəyanatlarına görə qınayıb və ABŞ liderini siyasi təxribatda ittiham edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!