Çin maşınlarında ciddi problem üzə çıxdı – Qəzalar zamanı böyük risk yaradır

saytların hazırlanması

Evə çatdırılma

Çin maşınlarında ciddi problem üzə çıxdı – Qəzalar zamanı böyük risk yaradır

Avto

16 Sentyabr 2026 11:30 176


Çin avtomobillərinin dəmirinin nazik və dözümsüz olması, balaca bir toxunuşda belə əzilib tanınmaz hala düşməsi bu gün maşın almaq istəyən hər kəsi düşündürən əsas məsələlərdən biridir. Usta yanına gedəndə də, sürücülərlə söhbət edəndə də eyni şeyi eşidirik: Çin maşınlarının xarici görünüşü, içindəki monitorları nə qədər cəlbedici olsa da, dəmir keyfiyyəti hələ də ciddi sual altındadır.

“Yeni Sabah” xəbər verir ki, istehsalçılar maşının qiymətini ucuz saxlamaq üçün ilk növbədə dəmirin qalınlığından və materialın keyfiyyətindən kəsirlər. Xüsusilə "Wuling Bingo", "Changan Qiyuan A05", "Chery Tiggo 2", "JAC JS2", eləcə də "Lifan" və "FAW" kimi kütləvi satılan ucuz modellərdə bu problem özünü daha çox büruzə verir. Bu maşınlarda işlədilən dəmir o qədər nazikdir ki, hətta həyətdə maşını saxlayanda və ya yüngül bir toqquşmada kapot, qapı və qanadlar kağız kimi əzilir. Dəmirin müqaviməti zəif olduğu üçün zərbəni özünə çəkmək əvəzinə dərhal bükülür, maşının içindəki sərnişinlər üçün təhlükə yaradır.

Alman və ya Amerikan maşınları ilə müqayisə edəndə fərq aydın görünür. Məsələn, bir "BMW", "Mercedes" və ya "Volkswagen"in qapısını bağlayanda və ya əlinizlə dəmirinə basanda onun nə qədər ağır və möhkəm olduğunu hiss edirsiniz. Onların dəmir karkası qalındır və zərbəyə dözmək üçün hazırlanıb. Yapon maşınları ("Toyota", "Honda") çəkini azaltmaq üçün xaricdən nazik dəmir işlətsələr də, maşının iç karkasını o qədər güclü yığırlar ki, qəza zamanı zərbə salona keçmir. Çin maşınlarında isə həm xarici dəmir nazikdir, həm də içindəki dəmir karkas zəifdir. Toyuqlu pizza

Bunun üstünə bir də dəmirin tez paslanmasını əlavə etmək lazımdır. Çünki ucuz Çin maşınlarının dəmirinə keyfiyyətli paslanmayan qat vurulmur. Yüngül bir dəymədən kraska qopdusa, həmin yer çox qısa zamanda paslamağa və çürüməyə başlayır. Dəmirçilər də dərtdən əl çəkir, çünki bu dəmirin "yaddaşı" yoxdur — əzilən yeri düzəldib əvvəlki halına qaytarmaq demək olar ki, mümkün olmur, gərək detalı tamamilə dəyişəsən.

Çin avtomobilləri içi zəngin görünən böyük planşetlərə bənzəsə də, dəmir və təhlükəsizlik məsələsində hələ də köhnə Alman və Yapon markalarının keyfiyyətinə çata bilmir. Qiymətin ucuz olması da məhz bu kimi vacib yerlərdən qənaət olunmasının nəticəsidir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!