Çinin Fransadakı səfiri Lu Şayenin Fransanın "LCI" kanalına verdiyi müsahibədə söylədiyi fikirlərlə beynəlxalq qalmaqala səbəb olub.
Yenisabah.az xəbər verir ki, o, keçmiş Sovet İttifaqının dağılmasından sonra yaranan yeni müstəqil dövlətlərin milli suverenlik hüququnu inkar edib.
Diplomat Krım yarımadasının Ukraynanın bir hissəsi olub-olmaması sualına cavab olaraq bildirib: “Krım yarımadasının suverenliyini müəyyən edən və təsbit edən heç bir beynəlxalq müqavilə yoxdur. O cümlədən keçmiş Sovet İttifaqının parçalanmasından yaranan müstəqil ölkələrin". Dominos pizza
Rəsmi Pekin Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı Moskvanın tərəfini tutur. İndi Çinin Fransadakı səfiri mübahisəli müsahibəsində keçmiş Sovet İttifaqından müstəqil olmuş ölkələrin milli suverenlik hüququnu belə inkar edir.
Beləliklə, Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı Çinin vasitəçilik rolunu oynayacağına dair bütün ümidlər puça çıxıb. Pekinin bu müharibəyə yanaşması günü-gündən Moskvanın mövqelərinə yaxınlaşır.
Səfiri Lu Şayenin bəyanatları Şərqi Avropada kəskin tənqidə səbəb olub.
Xatırladaq ki, dağılmasından əvvəl Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan və Baltikyanı üç ölkə (Estoniya, Latviya və Litva) daxil olmaqla, Sovet İttifaqının federativ dövlət idi.
Çinin Parisdəki səfirinin iddiaları xüsusilə Baltikyanı ölkələrin qəzəbinə səbəb olub.
"Bloomberg" xəbər agentliyinin məlumatına görə, Latviya, Litva və Estoniyadan ibarət üç ölkə Çinin bu ölkələrdəki səfirini XİN-ə çağırdaraq, onlardan məlum bəyanata dair izahat istəyiblər.
Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs "Twitter"-də mesaj dərc edərək, Çinin Parisdəki səfirinin şərhlərini “qəbuledilməz” adlandırıb.
Estoniyanın xarici işlər naziri Marqos Tsakna da Li şayenin iddialarını “tarixin yanlış şərhi” adlandırıb.
Telegram kanalımız