Çin Xalq Respublikasının Prezidenti Si Cinpin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona rəsmi dövlət səfərinə başlayıb. İki ölkə lideri arasında keçiriləcək ali səviyyəli görüşdə ikitərəfli iqtisadi-ticari əlaqələr və regional təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir.
“Yeni Sabah” xəbər verir ki, görüş ərəfəsində Çinin ABŞ-dəki səfiri Şie Fen bəyan edib ki, Tayvan məsələsi, insan hüquqları, Çinin siyasi sistemi və inkişaf hüquqları Pekinin Vaşinqtonla münasibətlərində pozulmamalı olan "qırmızı xətlərdir".
Müzakirələrin en həssas mövzularından biri məhz ABŞ-nin Tayvana silah satışıdır. Vaşinqtonun adaya ayırmağı planlaşdırdığı təxminən 14 milyard dollarlıq yeni hərbi yardım paketinin təsdiqlənməsi Çin tərəfindən kəskin etirazla qarşılanır. Səfər çərçivəsində tərəflərin bu ziddiyyətli məsələlər ətrafında gərgin danışıqlar aparacağı proqnozlaşdırılır. pizza
Nazim Hacıyev
Telegram kanalımız