Çində dəhşətli zəlzələ: 116 nəfər həyatını itirib - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Çində dəhşətli zəlzələ: 116 nəfər həyatını itirib - VİDEO

Dünya

19 Dekabr 2023 08:29 1346


Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində güclü zəlzələ baş verib.

Bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Baş vermiş zəlzələ qurbanlarının sayı azı 116 nəfərə çatıb.

Məlumata görə, 1,5 mindən çox xilasedicinin iştirak etdiyi fəlakət zonasında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

Qeyd edək ki, Çin Sədri Si Szinin insanların axtarışı və xilas edilməsi, eləcə də Qansuda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün səylərin göstərilməsinə tapşırıq verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!