Çində karantin rejimi yumşaldılır 

saytların hazırlanması

Evə çatdırılma

Çində karantin rejimi yumşaldılır 

Dünya

08 Dekabr 2022 10:07 642


Çinin Səhiyyə Komitəsi koronavirusla bağlı məhdudiyyətləri tədricən yumşaltmaqla bağlı qərar qəbul edib. 

Yenisabah.az xarici KİV-lərə istinadən xəbər verir ki, ilk olaraq təcridolunma və test qaydalarına dəyişiklik edilib.

İndi koronavirus xəstələri xüsusi izolyatorda deyil, evdə təcrid edilə bilər, simptomsuz xəstələrin təcrid olunması isə könüllüdür. pizza hut

Əksər qurumlara daxil olmaq üçün neqativ nəticəli test tələb olunmur, ölkə daxilində hərəkət məhdudiyyəti tam aradan qaldırılıb. 5 gün ərzində yoluxma aşkar edilməyən yerlərdə karantin ləğv ediləcək.

Qeyd edək ki, Çində artan yoluxma fonunda karantin qaydaları sərtləşdirilmişdi. İnsanlar buna etiraz olaraq küçələrə axışmışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!