Co Baydenin səhhəti pisləşdi

saytların hazırlanması

Evə çatdırılma

Co Baydenin səhhəti pisləşdi

Dünya

08 Avqust 2026 21:41 76


ABŞ-nin keçmiş prezidenti Co Baydenin səhhəti pisləşib.

"Yeni Sabah" xəbər verir ki, bunu onun oğlu Hanter Bayden "BBC News"a müsahibəsində deyib.

"Bu, bir çox cəhətdən çox ağrılı və son dərəcə yorucudur. Xərçəng çox ağır xəstəlikdir. Bunu izləmək çox kədərlidir", - deyə Hanter Bayden bildirib. Marqarita pizza

Qeyd olunub ki, xərçəng xəstəliyi sabiq prezidentin sümüklərinə və digər orqanlarına metastaz verib.

Qeyd edək ki, Co Baydenin 83 yaşı var. O, 2025-ci ilin mayında prostat vəzinin aqressiv xərçəngindən əziyyət çəkdiyini açıqlayıb. Bir neçə ay sonra Bayden xərçəng hüceyrələrinin çıxarılması üçün əməliyyat keçirib.

Bayden 2021-2025-ci illərdə ABŞ prezidenti vəzifəsini tutub və vəzifəyə başladığı vaxt ABŞ tarixində prezident postuna seçilən ən yaşlı şəxs olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!