Pandemiya ilə mübarizədə qalib gələn İngiltərənin Baş naziri Boris Consonun vəzifəyə qayıdır.
Yenisabah.az xəbər verir ki, İngilis mediasında Consonun bazar ertəsi günü vəzifəsini təkrar icra edə biləcəyi qeyd olunub.
Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Naziri Matt Hankok isə Boris Consonun vəziyyətinin tamamilə yaxşılaşdığını,lakin vəzifəyə qayıtmaqdan bağlı dəqiq qərarın olmadığını vurğulayıb: "Dünən Baş nazirlə görüşdüm. Geri qayıtması ilə dəqiq qərar verilməyib. Həkimlərin tövsiyə etdiyi ən qısa müddətdə vəzifəsinə qayıdacaq". pizza mizza
Qeyd edək ki, Boris Conson bir müddət əvvəl virusa yoluxduğu üçün vəzifəsini Xarici İşlər Naziri Dominik Raaba həvalə edib.
Sayad Həsənli
Telegram kanalımız