Çörçillin siqarı hərraca çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Çörçillin siqarı hərraca çıxarıldı

Dünya

31 May 2023 17:11 658


Britaniyada keçmiş Baş nazir Uinston Çörçillin yarı çəkilmiş siqarası hərraca çıxarılıb.

Yenisabah.az “Sky News”a istinadla xəbər verir ki, hərrac iyunun 16-da keçiriləcək, lot 600-800 funt sterlinq dəyərində qiymətləndirilir.

Çörçill 1944-cü ildə şərəfinə verilən şam yeməyindən sonra Rabatdakı Böyük Britaniya baş konsulu Hyu Stounhever-Birdə öz yarıyacan çəkilmiş siqarını təqdim edib. Konsul xatirəni şüşə qaba qoyub və 1973-cü ildə vəfat edənə qədər saxlayıb. İndi onun qohumları siqarı satmaq qərarına gəliblər. Marqarita pizza

Siqar 79 il ərzində üzərində əlyazma qeydləri olan şüşə qabda saxlanılıb.

Xatırladaq ki, U. Çörçil 1940-1945-ci illərdə və 1951-1955-ci illərdə Böyük Britaniyanın Baş naziri olub. O, 1965-ci ilin yanvarında 90 yaşında vəfat edib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!