COVID-19-un yeni dalğası Azərbaycanda çin olacaq?

saytların hazırlanması

Evə çatdırılma

COVID-19-un yeni dalğası Azərbaycanda çin olacaq?

Sosial

28 Noyabr 2022 11:33 658


“Azərbaycanda isə vəziyyət tam başqadır. Əhalinin çox hissəsi virusa yoluxub və sağalıb”.

Bunu Yenisabah.az-a açıqlamasında həkim-infeksionist Mərdan Əliyev deyib.

O, son həftədə Çində yoluxma sayının kəskin şəkildə artması və karantin rejiminin sərtləşdirilməsi barədə xəbərlər münasibət bildirib. Dominos pizza

Xatırladaq ki, çinin bir sıra iri şəhərlərində məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi sosial etirazlar doğurub .

Azərbaycanda koronavirusla bağlı təhlükənin gözlənilmədiyin qeyd edən M. Əliyev bunun səbəbini belə izah edib:

“Çində virusla əlaqədar çox ciddi karantin rejimi həyata keçirilir. Hazırda bu rejim daha da gücləndirilir. Əvvəllər də karantin rejimi Çində virusa yoluxma halının qarşısını alıb. Bunun nəticəsində həmin ölkədə COVID-19-a qarşı immun sistemi formalaşıb. Hər kəs ya peyvənd vasitəsilə, ya da təbii yolla bu virusun öhdəsindən gəlib. 

Azərbaycan xalqında da koronovirus əleyhinə immun sistemi demək olar ki, tam formalaşıb. Təbii ki, biz də dünyanın bir hissəsiyik. Çində bu halların baş tutması xoşagələn deyil. Azərbaycanada müəyyən təsirlərini göstərəcək. Amma yoluxmada ciddi say artımına səbəb olmayacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!