Dadaş Dadaşlinski əslində o imiş -   Kimliyi bilindi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Dadaş Dadaşlinski əslində o imiş - Kimliyi bilindi - Foto

Şou

20 Sentyabr 2019 09:53 2440


Son günlər "İctimai TV"də yayımlanan “3 D” layihəsi sosial şəbəkələrdə səs-küy yaradıb. 

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan teleməkanında ilkə imza atan, 3 D animasiyası ilə hazırlanmış şərti aparıcı Dadaşlinski Dadaş Dadaş oğluna facebook profili də açılıb və məlumat yerində “Heç kimin soruşa bilmədiyini mən soruşacağam! Hadisələrə heç kimin baxmadığı bucaqdan baxacağam”, - şərhi yazılıb. 

Bir neçə gündür ki, hər kəsdə həmin aparıcının kimliyi ilə bağlı sual ortaya çıxıb.   pizza hut

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Dadaş Dadaşlinski obrazının səsini film sektorunun tanınmış siması Tural Sevdimalı səsləndirir. O, eyni zamanda sözügedən layihənin rəhbəridir. 

Tural bundan əvvəl “Oğlan Evi”,  “Qız Qalası” filmləri, “Ər və Arvad” serialının ssenari müəllifi olub.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!