Dado Natavandan danışdı:   “Boşanma xəbəri çıxandan...“

saytların hazırlanması

Evə çatdırılma

Dado Natavandan danışdı: “Boşanma xəbəri çıxandan...“

Şou

09 Yanvar 2021 10:10 1874


Repçi Dado (Səid Əliyev) sükutu pozub. İfaçı illərdir bir çox izləyiciləri narahat edən məqamlara aydınlıq gətirib.

Yenisabah.az xəbər verir ki, o, müğənni həmkarı Natavan Həbibi ilə evliliyi barədə MTV Azərbaycana danışıb.

"Natavanla evlənəndə hamı nikahımızı saxta adlandırdı. Nə baş verdiyini başa düşə bilmirdik. Niyə tamaşaçılar bizə inanmırdı? 3 il keçib, nə Natavan, nə mən münasibətimizə görə pul qazanmamışıq. Bir neçə duetimiz var idi, amma oxumadıq. Dedik, fikirləşəcəklər ki, duetlərə görə birlikdədirlər". pizza hut

Reper Həbibi ilə evliliyini saxta adlandıranlara da cavab verib:

"Evliliyimizi saxta bilənlərə sual verirəm ki, necə ola bilər? Boşanma xəbəri çıxandan tamaşaçılar etiraz edir, ayrılmağımızı istəmirlər. Ailə böyük şeydir, onu saxlamaq lazımdır. Bir-birimizə güzəştə getmirik. O da liderlik etməyi sevən xanımdır, onun pərəstişkarıyam. Natavanı sevib evlənmişəm. O da məni sevib. Biz tədbirə gedəndə təsəvvür edə bilməzsiniz maşında nə qədər dava gedir. Övladımıza görə bu gün bir yerdəyik. İstəmirəm ki, övladım valideynlərsiz böyüsün. Nə olur olsun yenidən evə, uşağımızın yanına qayıdırıq".

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!