Daha 69 azərbaycanlı Ukraynadan çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Daha 69 azərbaycanlı Ukraynadan çıxarıldı

Sosial

21 Mart 2022 20:37 386


Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) azərbaycanlıların Ukraynadan təxliyəsi ilə bağlı məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, təşkilatın Azərbaycan nümayəndəliyi Ukraynada davam edən münaqişə fonunda öz vətəndaşlarının təxliyəsini həyata keçirən Azərbaycan hökumətinin səylərinə dəstək verməkdə davam edir:

"BMqT-nin əməkdaşlarının əlaqələndirilmiş işi və Azərbaycan hökuməti ilə əməkdaşlıq sayəsində müharibə gedən Ukraynadan Polşanın Katovitçe şəhərinə pənah gətirmiş daha 69 Azərbaycan vətəndaşı avtobuslarla Buxarest şəhərinə aparılıb. Həmin şəxslər Buxarestə çatan kimi Azərbaycan rəsmiləri onların Bakıya təxliyəsini təşkil edəcək”. Marqarita pizza

Qeyd edək ki, bundan əvvəl BMqT-nin dəstəyi ilə Polşadan təxliyə edilmiş 123 nəfər artıq Vətənə çatıb


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!