Almaniyada azyaşlıların və təhsil müəssisələrində şagirdlərin hicab taxmasına məhdudiyyətlərin tətbiq edilməsi məsələsi ölkənin siyasi və ictimai gündəminin əsas müzakirə mövzularından birinə çevrilib.
“Yeni Sabah” xəbər verir ki, islahatlar və hüquqi addımlarla bağlı irəli sürülən təkliflər Almaniya cəmiyyətində fərqli reaksiyalara səbəb olub.
Təşəbbüs tərəfdarları bu addımın uşaqların inteqrasiyası, din azadlığının düzgün tənzimlənməsi və gender bərabərliyinin qorunması baxımından vacib olduğunu müdafiə edirlər. Siyasi dairələrdə, xüsusən məktəblərdə və bağçalarda 14 yaşınadək qız uşaqlarına hicab qadağasının tətbiq edilməsi ssenariləri qiymətləndirilir. pizza
Bununla yanaşı, dini icma nümayəndələri və hüquq müdafiəçiləri təklif olunan məhdudiyyətlərə kəskin etiraz bildirirlər. Onların fikrincə, bu cür qadağalar dini etiqad azadlığının pozulmasına və cəmiyyətdə qütbləşmənin dərinləşməsinə gətirib çıxara bilər. Almaniyada məsələnin hüquqi və konstitusiya tərəflərinin dəyərləndirilməsi istiqamətində gərgin müzakirələr davam edir.
Nazim Hacıyev
Telegram kanalımız