Sosial medianın İran seqmentində Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın fotoları paylaşılır.
"Yeni Sabah" xəbər verir ki, buna səbəb, rəylərə görə, 4 il əvvəl onun Tehrana gəlişi zamanı İranda mövcud olan qadın geyimi qaydalarına etinasızlığıdır.
O zaman sosial media istifadəçiləri mərhum general Qasim Süleymaninin portreti yanında foto çəkdirmiş rusiyalı diplomatın hərəkətini nəzakətsizlik saymışdı. Lakin bu dəfə XİN rəhbəri Sergey Lavrovla Tehrana gəlmiş M.Zaxarovanın davranışı və libasını məqbul sayanlar çoxluqdadır. pizza mizza
Telegram kanalımız