Tarix Əliyev (Tolik) müğənni Şəbnəm Tovuzlunun Fransaya səfəri barədə danışıb.
“Yeni Sabah” xəbər verir ki, o, Şəbnəmi Fransadakı etiraz dalğasının az qala baiskarı elan edib:
“Bir neçə gün əvvəl Fransaya getdi və orada səyahət etdi. Maşallah, ayağı o qədər yüngüldür ki, Fransa yerlə yeksan oldu. Deyirəm ki, bir neçə gün də qalardın “Hermes”i qırıb malları götürəndə sən də 1-2 çanta götürərdin”. Toyuqlu pizza
Prodüser bildirib ki, Şəbnəm Tovuzlunun qızı Günel təhsilini Amerikada davam etdirəcək:
“Bu yaxınlarda Güneli Fransada gördük. Bəzilərimiz elə düşündü ki, gəzməyə gedib. Amma inşallah, Günel 2027-ci ilin ilk aylarında Amerikada təhsilini davam etdirəcək. Əminəm ki, o, gələcəkdə Azərbaycanda tanınan və nüfuzlu xanım fotoqraflardan, eləcə də dizaynerlərdən biri olacaq”.
Aydan Hacı
Telegram kanalımız