“Qalatasaray” UEFA-ya müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray” UEFA-ya müraciət etdi

İdman

20 Oktyabr 2026 10:06 84


Türkiyənin "Qalatasaray" klubu Avropa yarışları çərçivəsində Fransada keçirilməsi planlaşdırılan "Lill" (Lille) ilə qarşılaşmanın təxirə salınması üçün UEFA-ya rəsmi müraciət ünvanlayıb.

“Yeni Sabah” xəbər verir ki, İstanbul təmsilçisinin bu addımına Fransada son günlər baş verən gərgin hadisələr və təhlükəsizlik narahatlıqları səbəb olub.

Lakin qitənin futbol qurumu Türkiyə klubunun tələbini geri çevirib. UEFA "Qalatasaray"ın müraciətini qəbul etməyərək qarşılaşmanın planlaşdırılan tarixdə, həm də azarkeşlərin iştirakı ilə keçirilməsində israr edib. Dördpendirli pizza

Qərarın ardından İstanbul klubu matçın keçiriləcəyi şəhərə səfər proqramını dəyişdirmədən hazırlıqlarını davam etdirir. Qarşılaşma günü stadion və ətrafında təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə qaldırılacağı gözlənilir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!