Rusiya-Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinin daha bir yüksəkrütbəli komandiri öldürülüb.
“Yeni Sabah” xəbər verir ki, qondarma “LNR”in keçmiş 4-cü briqadası əsasında yaradılmış 4-cü ayrı motoatıcı briqadaya komandanlıq edən general-mayor Anton Qrunisin həlak olduğu bildirilir. Bu barədə müstəqil "Vajnıye istorii" nəşri məlumat yayıb.
Qrunisin ölümü faktını "Axmat" xüsusi təyinatlı birliyinin komandiri Apti Alaudinov və Suvorov hərbi məktəblərinin məzunlarına ait "Suvorov qardaşlığı" Telegram kanalı təsdiqləyib. Rusiya tərəfi generalla bağlı detalları gizli saxlasa da, onun yaxın vaxtlarda təltif olunduğu məlumdur. pizza sifarişi
Generalın dəqiq hansı şəraitdə həlak olduğu rəsmən açıqlanmır. Lakin sızdırılmış məlumatlara əsasən, o, işğal altındakı Luqansk vilayətinin Alçevsk şəhərində dislokasiya olunmuşdu.
Məlumatlara görə, onun ölüm xəbərindən bir neçə gün öncə, sentyabrın 13-də Ukrayna Silahlı Qüvvələri Alçevskdə yerləşən hərbi obyektlərə, o cümlədən silah və texnika anbarlarına sərrast zərbələr endirib. Paralel olaraq, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Alçevsk yaxınlığındakı Karpatı qəsəbəsində yerləşən düşmən texnikasını hədəf aldığı bildirilir. Qrunisin ölümünün məhz bu hava zərbələri nəticəsində baş verdiyi istisna edilmir.
Nazim Hacıyev
Telegram kanalımız